AZ

Livandan İsrailə XƏBƏRDARLIQ

Livanın baş naziri Nəcib Mikati İsrailə atəşkəs razılaşmasına əməl etməsi barədə xəbərdarlıq edib.

Busaat.az “DHA”ya istinadən xəbər verir ki, bu barədə Mikati ofisi açıqlama yayıb.

Açıqlamaya əsasən, atəşkəsi dəstəkləyən ölkələr İsrailin hücumlarına qarşı açıq mövqe nümayiş etdirməli və İsrailin hücumlarını dayandırması ilə bağlı çağırış etməlidirlər.

O, İsraildən atəşkəsi pozan hücumları dayandırmasını istəyib.

“Xiyam və Mercayun bölgələrində ölən və yaralananlar var. Bu, İsrailin Xiyam qəsəbəsinə etdiyi hücumların nəticəsidir. İsrailin atəşkəs rejiminə əməl olunmasına nəzarət edən komitə tərəfindən bu problem həll edilməli və hücumların  qarşısının alınması zəruridir”, – açıqlamada qeyd olunub.

 

Zeyd Bağırzadə

Seçilən
6
1
busaat.az

2Mənbələr