AZ

Netanyahu Colan təpələrinə gedib

İsrailin Baş naziri Benyamin Netanyahu bu ölkə ilə Suriya arasındakı mübahisəli "Colan təpələri" ərazisində yerləşən Hermon dağına baş çəkib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Kats "X"də məlumat verib.

 

Xatırladaq ki, dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin süqutu əsnasında İsrail Silahlı Qüvvələri sözügedən yüksəkliyi yenidən ələ keçirib. Yüksəklik 1973-cü ildən bəri Suriyanın nəzarətində idi.

 

Suriyada müxalifətin hakimiyyəti ələ keçirməsi fonunda İsrail hərbçiləri bu ölkədəki silahsızlaşdırılmış zonaya giriblər. Ölkənin hərbi rəhbərləri bildirirlər ki, "Suriyada həyata keçirilən əməliyyatlar yalnız İsrailin təhlükəsizliyini qorumaq məqsədi daşıyır".

Seçilən
14
1
senzor.az

2Mənbələr