AZ

Əziz Orucovun ittihamı yüngülləşdirildi

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova verilmiş ittiham yüngülləşdirilib.
 
İbtidai istintaqın sonunda ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv edilib.
 
Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.
 
Kanal rəhbərinin ağır ittihamı götürüldüyü üçün onun işi Səbail Rayon Məhkəməsinə göndərilib. /Qafqazinfo.az/
 
Seçilən
10
10
moderator.az

10Mənbələr