1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Avropa Liqasında növbəti mərhələ şanslarını itirən ilk klub bəlli olub.
Oxu.Az xəbər verir ki, Avropa Liqasının VI turunda "Real Sosyedad"a məğlub olan "Dinamo Kiyev" pley-off mərhələsinə adlaya bilməyəcək.
Belə ki, Ukrayna klubu altı turdan sonra xalsızdır. Onlar bütün matçları məğlub başa vurub və altı turdan sonra 36 komanda arasında sonuncudurlar. Hazırda 24-cü olan "Elfsborq"un aktivində isə 7 xal var.