Bu haqda sənətçi instaqram səhifəsində izləyicilərdən gələn suallara cavab verərkən danışıb.
Onlardan birinin “Ayağınız necədir? Sağaldınız?” sualına Elcan belə münasibət bildirib:
“Bir dərman yazıblar, onu ömürlük atacağam. Hər gün 1 ədəd atıram. Başqa cür tibb hələ müalicəsini tapmayıb”.
Qeyd edək ki, Elcan Rəsulov səhhətindən danışarkən ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini bildirmişdi. (olay)