AZ

Aİ XİN başçıları regiondakı vəziyyəti müzakirə edəcək

Aİ xarici işlər nazirləri dekabrın 16-da Brüsseldə Rusiya-Ukrayna müharibəsini, Suriya da daxil olmaqla Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat yayılıb.

Bildirilib ki, Şuraya ilk dəfə olaraq Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sədrlik edəcək.

Şurada Suriya, Livan və Yaxın Şərqdə baş verən hadisələrlə bağlı müzakirələr aparılacaq.

Aİ nazirləri 2025-ci il yanvarın 26-na təyin edilmiş prezident seçkiləri öncəsi Belarusla bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd edilib ki, Gürcüstandakı son hadisələr də müzakirə ediləcək.

Seçilən
20
4
apa.az

5Mənbələr