AZ

“Trampın bizimlə mövqeyi üst-üstə düşür” - Kreml hələ ki, Trampdan razıdır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Amerikanın ATACMS raketlərinin Rusiyanın dərinliklərinə hücumlarının təhlükəli olması ilə bağlı bəyanatı Moskvanın mövqeyi ilə tamamilə üst-üstə düşür.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqalmasında deyib. 

O qeyd edib ki, Trampın “eskalasiyanın səbəblərini başa düşməsi Rusiya tərəfinin xoşuna gəlir”: “Bəyanatın özü bizim mövqeyimizlə tamamilə üst-üstə düşür. Yəni, bu halda eskalasiyanın səbəbləri ilə bağlı eyni baxışımız var. Və təbii ki, bu, bizim xoşumuza gəlir. Aydındır ki, Tramp münaqişə ətrafında vəziyyəti məhz nəyin gərginləşdirdiyini başa düşür. Eyni zamanda, hadisələri qabaqlamağa və Trampın inauqurasiyasından sonra hansı hərəkətlərin baş verəcəyini proqnozlaşdırmağa dəyməz. Zaman göstərəcək, biz seçilmiş prezidentin Oval kabinetdə yerini tutana qədər gözləyəcəyik”.

“AzPolitika.info”

Seçilən
16
azpolitika.info

1Mənbələr