AZ

Əsədi DEVİRƏN liderdən Suriya xalqına TƏCİLİ çağırış: Küçələrə çıxın! CANLI

ABŞ və Türkiyə arasında Suriya böhranının həllinə dair razılığa gəlinib. Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken Türkiyənin XİN başçısı Hakan Fidanla görüşdən sonra məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə keçid hökuməti formalaşdırılacaq. Yeni hökumətin fəaliyyət istiqamətlərinə gəlincə, bu, ilk növbədə qadınların, o cümlədən etnik və dini azlıqların hüquqlarının müdafiəsini özündə ehtiva edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyadakı müxalifət, eləcə də Kürdüstan Fəhlə Partiyası və ona bağlı silahlı birləşmələrin Suriyadakı təhdidləri qarşısında milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcəyini bildirib. Türkiyə liderinin administrasiyasının məlumatına görə, o, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken Ankaraya gələrkən deyib.

“Prezident Ərdoğan bildirib ki, Türkiyə öz milli təhlükəsizliyi naminə Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhdid mənbəyi olan bütün terror təşkilatları, xüsusilə PKK və onlarla əlaqəli Suriya silahlı birləşmələri və İŞİD-ə qarşı tədbir görəcək.

O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq. O, bütün imkanlardan istifadə edəcək və heç vaxt İŞİD-ə qarşı mübarizədə zəifliyə yol verməyəcək”, - administrasiyanın bəyanatında deyilir.

Ərdoğan “Türkiyə əvvəldən Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa sadiq olduğunu və beynəlxalq ictimaiyyətin Suriyanın dirçəliş və yenidən qurulması məsələlərində əməkdaşlıq etməli olduğunu” bildirib.

Suriyanın “Heyət Təhrir əş-Şam” Hərəkatının lideri Əhməd Hüseyn əl-Şara (Məhəmməd əl-Colani) Suriya xalqına müraciət edib. Suriyadakı inqilabı qeyd etmək üçün xalqı küçələrə dəvət edən Colani bu zaman silahdan istifadə edilməməsi lazım olduğunu vurğulayıb. Hərəkat lideri çıxışında Suriyanın yenidən qurulması mesajını da verib. “Mübarək inqilabın zəfərini qeyd etmək üçün suriyalıları meydanlara çıxmağa çağırıram. Amma bayramı kimsəni qorxutmadan, silah səsləri olmadan qeyd edək. Sonra bu ölkəni yenidən inşa etmək üçün birlikdə çalışaq. Əvvəldən dediyimiz kimi, Allahın izni ilə qalib gələcəyik”, - Colani söyləyib.

Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanın enerji obyektlərinə hücumları “demilitarizasiya” prosesinin bir hissəsi adlandırıb. Bildirib ki, onlar Ukraynanın hərbi-sənaye kompleksinə təsir edir. Putin həmçinin bildirib ki, Rusiya Ukrayna tərəfindən onun enerji obyektlərinə edilən hücumlara cavab verməyə “məcbur olub”. Son aylarda Ukraynanın pilotsuz təyyarələri Rusiya ərazisində bir neçə neft emalı zavodunu vurub.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırır.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

phrase_var_article.chosen
26
musavat.com

1phrase_var_article.sources