AZ

Azərbaycanın ilk milli tankeri olan “Laçın”ın 5 illik fəaliyyəti açıqlandı

Bakı. Trend:

Azərbaycan bayrağı altında xarici sularda üzən tanker ötən 5 ilərzində müxtəlif limanlara ümumilikdə 68 səfər həyata keçirib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) Trend-ə verilən məlumatagörə, bu səfərlər çərçivəsində gəmi ilə 415 135 ton neft və neftməhsulu daşınıb.

“Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankınamalikdir. Gəminin dedveyti dənizdə 7 884 ton və çayda 5 455 tontəşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10dəniz düyünü sürətlə hərəkət edir.

Qeyd edilib ki, bu milli tankerimiz Britaniya Kral DənizMühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects,RINA) siyahısına görə, 2019-cu ildə inşa edilən dünyanın ən yaxşı50 mülki gəmisindən biri olub.

Xatırladaq ki, Azərbaycanın ilk milli tankeri olan “Laçın”ınistismara verilməsindən 5 il ötür.

ASCO-nun sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşaolunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu ildəPrezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Seçilən
26
6
az.trend.az

10Mənbələr