Gürcüstan parlamenti mitinqlərdə üzünü maska və ya digər vasitələrlə örtməyi qadağan edən qanunu qəbul edib.
Azpost.info xəbər verir ki, bu barədə məlumat parlamentin rəsmi saytında yayılıb.
Dəyişikliklər paketini, o cümlədən “Yığıncaqlar və nümayişlər haqqında” qanuna dəyişiklikləri 82 deputat dəstəkləyib. Heç bir deputat buna qarşı çıxmayıb.
Azpost.info