Rusiya Prezidenti Vladimir Putinin qrafikində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırılmayıb.
Qeyd edək ki, N.Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak etmək üçün Moskvaya gedib.
"Bu gün ayrıca görüş planlaşdırılmır", - D.Peskov mətbuat brifinqində bildirib.
O vurğulayıb ki, V.Putin Ermənistanın baş nazirini dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin görüşünə dəvət edib.
Qeyd edək ki, Putin və Paşinyan son dəfə oktyabrın 8-də Kremldə görüşüblər. O zaman Moskvada MDB sammiti keçirilirdi.//Report