Bütün dünyanı böyük dəyişikliklər gözləyir və bu, əsasən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi ilə bağlı olacaq.
Ölkə.az axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Dünya düşündüyümüzdən də çox böyük dəyişikliklərlə üz-üzədir. Bu dəyişikliklər bütün Qərb sivilizasiyasına təsir edəcək və uzun müddət ərzində tarixi miqyasda baş verəcək. Mən amerikalılarla, ruslarla, avropalılarla, türklərlə danışmışam və əminliklə deyə bilərəm ki, ABŞ prezidenti vəzifəyə başlayanda dünya böyük bir dönüş edəcək”, - Orban bildirib.