Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqameilə görüşüb.
Trend xəbərverir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb.
Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədənAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliketdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıqimkanları müzakirə olunub. İkitərəfli əlaqələringenişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrikaölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətindəlayihələrin, təhsil üzrə mübadilə proqramlarının həyatakeçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdəbirgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.
Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində Bakıya səfər etdiyini qeyd edən Ruanda RespublikasınınPrezidenti Pol Kaqame tədbirin yüksək səviyyədə təşkil olunduğunuvurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevləgörüşünü xatırladan Pol Kaqame göstərilən qonaqpərvərliyə görətəşəkkürünü bildirib, ölkəmizdən gözəl təəssüratlarla ayrıldığınıdeyib.
Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fondunun dəstəyiilə Ruandada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəkilayihələrə görə təşəkkür edib. Bu günlərdə Ruandada BeynəlxalqAvtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasınınkeçirildiyini qeyd edən Pol Kaqame Azərbaycanın beynəlxalqlayihələrə, o cümlədən dünya əhəmiyyətli idman yarışlarına,xüsusilə Formula 1 yarışına uğurla ev sahibliyi etdiyinivurğulayıb. Gələcəkdə Formula 1 yarışının Ruandada dakeçiriləcəyinə ümidvar olduğunu deyən Prezident Pol Kaqame buistiqamətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyinə böyükönəm verdiyini bildirib.
Görüşdə Ruanda Respublikasının Prezidentinə Heydər ƏliyevFondunun Azərbaycana həsr olunan yeni nəşri - “Azərbaycan. Təbiətinsehrində” kitabı təqdim edilib.