AZ

Azərbaycan Cənubi Qafqazda ali təhsil səviyyəsinə görə ən axırıncı yerdədir - Deputat

Azərbaycan Cənubi Qafqazda həm ali təhsil səviyyəsinə görə, həm də elmi dərəcələrə görə ən sonuncu yerdə qərarlaşıb. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. 
 
"Azərbaycan Cənubi Qafqazda həm ali təhsil səviyyəsinə görə, həm də elmi dərəcələrə görə ən sonuncu yerdə qərarlaşıb. Magistr və rezirantura oxuyanların pul müqabilində hərbi xidmətdən azad olunmasını buna görə təklif etmişdim. Onların verdiyi pullarla hərbidə olan kadrları daha da peşəkar yetişdirmək olar", - deputat bildirib. 
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi xidmətə çağırış baş idarəsinin rəisi  Azər Babayev deputata cavab olaraq bildirib ki, xaricdə təhsil üçün müraciət edənlər ən çox Türkiyəyə gedir. 
 
"Son statistikaya görə, Türkiyə oxumağa gedənlərin bu faizi 60%-dir, İkinci yerdə Rusiya(11%), üçüncü yerdə Polşa(6%), Gürcüstan(2%), ABŞ(1,6%), Böyük Britaniya(1,6%) qərarlaşıb. 
 
Babayev vurğulayıb ki, xaricdə təhsil üçün  iki ilin statistikasına görə, Kütahya Dumlupınar Üniversitesi təhsilə görə gətirilən arayışların sayına görə 1-ci yerdə olub. 
 
"Mən də istəyərdim ki, bu statistikada daha yaxşı universitetlərin siyahısı olsun. Amma yaxşı universitetlərə gedənlərin sayı çox azdır", - o qeyd edib. 
 
Gülnar Nazimqızı 
 
 

www.anews.az
phrase_var_article.chosen
45
anews.az

1phrase_var_article.sources