AZ

Məhkəmədə atışma: 2 nəfər öldürüldü

Türkiyənin Bursa şəhərində məhkəmə binasının qarşısında silahlı hücum baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Yenisabah.az xəbər verir ki, hücuma səbəb məhkəmədə keçiriləcək proseslə bağlı olub. Öldürülən oğlunun intiqamını almaq istəyən şəxs, cinayəti işləmiş şəxsin yaxınlarına odlu silahla atəş açıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hadisənin baş verdiyi məhkəmədə baş tutacaq bütün mühakimə işləri müvvəqəti ertələnib.


Telegram kanalımız
phrase_var_article.chosen
43
yenisabah.az

1phrase_var_article.sources