AZ

Sosial Xidmətlər Agentliyinin uşaq evinə infotur təşkil olunub

Bakı, 13 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir valideynlərini itirən və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən sosial xidmətlər və onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.

İnfotur iştirakçıları müəssisədə yaradılan şəraitlə, burada uşaqlara göstərilən xidmətlərlə tanış olublar. Məlumat verilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşadığı 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində hazırda 97 uşaq dövlət qayğısı ilə əhatə olunur. Müəssisəyə qəbul edilən uşaqlar dövlət hesabına yataqxana və yeməklə, sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlərlə təmin olunurlar. Burada, həmçinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlər görülür, asudə vaxtları səmərəli təşkil edilir.

İştirakçıları maraqlandıran suallar cavablandırlıb, onların rəy və təklifləri dinlənilib.

Seçilən
35
1
azertag.az

2Mənbələr