AZ

ƏÜO-nun komandanı Türkiyədə səfərdədir

Yazını böyüt
Yazını kiçilt

Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.

Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb.

Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

phrase_var_article.chosen
18
15
hafta.az

10phrase_var_article.sources