“Əsədin devrilməsi ilə Ukraynada daha sərt sülh şərtləri tələb ediləcək”.
Yenicag.az xəbər verir ki, bunu Suriyada baş verən proseslərin Rusiya-Ukrayna müharibəsinə təsirindən danışan analitik Aleksandr Baunov deyib.
Onun sözlərinə görə, müharibədə qalib gəlmək, Rusiya Prezidenti Vladimir Putin üçün vacib məqsədə çevrilib:
“Bu nəticə, Rusiyanın böyük insan və iqtisadi itkilərinə haqq qazandıracaq. Eyni zamanda, Rusiyanın dövlətçiliyini və qlobal nüfuzunu qoruyacaq. Əlavə olaraq Suriya kimi başqa regionlardakı strateji uğursuzluqları kompensasiya edəcək. Ukraynadakı müharibə qələbə o qədər vacibdir ki, Rusiya bununla tarixi qələbə əldə etmiş olacaq. Əgər dünyanın taleyi Donbasda həll olacaqsa, Suriyanın gələcəyi də orada həll olunacaq”.
“Qısa müddətdə, Moskva Suriyadakı hərbi bazalarını saxlamaqdan ötrü manevrlər edərkən, Putin Ukraynada nüfuzunu bərpa etmək üçün daha sərt hücumlara başlaya bilər. Əsədin devrilməsi ilə Ukraynada daha sərt sülh şərtləri tələb ediləcək. Bir sözlə, yeni Tramp administrasiyasının Ukraynadakı döyüşləri tez zamanda dayandırmaq vədi çətinləşəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli