AZ

Fransanın yeni baş naziri oldu

Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin yeni baş naziri təyin edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fransua Bayruya hökuməti formalaşdırmaq tapşırılıb.

Qeyd edək ki, mərkəzçi siyasətçi Fransua Bayru "Demokratik Hərəkat" partiyasının lideridir.

O, iki dəfə nazir vəzifəsini tutub: 1993-1997-ci illərdə təhsil naziri, 2017-ci ildə isə ədliyyə naziri olub.

Xatırladaq ki, 4 dekabr tarixində Fransa Milli Assambleyası keçmiş baş nazir Mişel Barniyenin hökumətinə etimadsızlıq göstərilməsi haqqında qətnaməni qəbul edib.

Qərarı 331 deputat dəstəkləyib. Qətnamənin qəbul olunması üçün 577 deputatdan ən azı 289 səs lazım idi.

Milli.Az

Seçilən
9
milli.az

1Mənbələr