AZ

Yunanıstanda uşaqların sosial mediadan istifadəsi məhdudlaşdırılır

Yunanıstanda 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıracaq yeni platforma hazırlanıb.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İdarəetmə Naziri Dimitris Papastergiu Yunanıstan Dövlət Televiziyası ERT-ə açıqlama verib.

Nazir bildirib ki, 2025-ci ilin ilk aylarında istifadəyə hazır olması planlaşdırılan tətbiq planşet və smartfonlara quraşdırıla biləcək.

Valideyn nəzarətinin də yer alacağı gözlənilən tətbiqin "Uşaq pul kisəsi" adlanacağı gözlənilir.

Tətbiq uşaqların sosial media proqramlarına daxil olmasının qarşısını almaq məqsədi daşıyır.


Şəbnəm Mehdizadə
Seçilən
13
e-huquq.az

1Mənbələr