Hazırda Bakının bəzi istiqamətində vətəndaşlar ictimai nəqliyyatdan normal istifadə edə bilmirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlar Baku.ws-in "qaynar xətti"nə çoxsaylı şikayətlərində bildiriblər.
Qeyd edilir ki, "28 may" istiqamətindən "Sahil" metrosu istiqamətində sərnişin avtobusları hərəkət etmirlər. Sərnişinlər 1 saatdan çoxdur avtobusun işləmədiyindən şikayətlənirlər.
Qeyd edək ki, analoji problem paytaxtın bir çox ərazisində müşahidə edilir. Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilmir.