AZ

Deşam millimizlə eyni qrup haqda: "Bu püşkatmanın mahiyyətini başa düşmək çətindir"

Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən Millətlər Liqasının 1/4 finalında Xorvatiya üzərində qələbə qazanacağı təqdirdə komandasının Azərbaycanla bərabər D qrupuna düşə biləcəyini şərh edib. 

Sportal.az “Le Figaro”ya istinadən xəbər verir ki, fransalı mütəxəssis püşkatmanın mahiyyətinin çətin olduğunu bildirib:

"Bizim fərqli profillərə malik yeddi potensial rəqibimiz var. Onlar haqda bir az məlumatımız var, amma hələ hər şeyi bilmirik. Bir çox insan üçün bu püşkatmanın mahiyyətini başa düşmək də çətindiir. Əvvəlki ilə müqayisədə indi daha az aydınlıq var. Amma əsas olan uyğunlaşmaqdır".

Xatırladaq ki, Fransa-Xorvatiya cütünün məğlubu L qrupunda Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariq komandaları ilə oynayacaq. 

saytlarin hazirlanmasi

phrase_var_article.chosen
22
1
sportal.az

2phrase_var_article.sources