AZ

Şalva Papuaşvili: Baydenin Gürcüstana qarşı sanksiyaları mənasızdır

ABŞ prezidenti Co Bayden administrasiyasının Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etmək qərarı anlaşılmaz və mənasızdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

Dövlət Departamentinin məlumatına görə, dekabrın 13-də Birləşmiş Ştatlar Gürcüstanda iddia edilən “demokratiyaya zərbə vurmaqda” günahkar olan şəxslərə qarşı viza məhdudiyyəti tətbiq etdiyini bəyan edib.

Tədbir Gürcüstan hökumətinin nazirləri, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları və fərdi şəxslər də daxil olmaqla təxminən 20 nəfərə şamil ediləcək. Agentlik sanksiyaya məruz qalanların adlarını açıqlamayıb.

Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ hakim “Gürcü Arzusu” partiyasının vətəndaşlara, o cümlədən etirazçılara, kütləvi informasiya vasitələrinin nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifət xadimlərinə qarşı davam edən qəddar və “əsassız zorakılığı” qətiyyətlə pisləyir.
Seçilən
31
2
nocomment.az

10Mənbələr