AZ

Rusiya buğdasının ixrac rüsumu azaldı

Rusiyada buğda və meslin (buğda və çovdar qarışığı) ixracına görə rüsum son dörd ayda ilk dəfə endirilir.

Musavat.com Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2024-cü il dekabrın 18-dən 1 ton üçün əlavə ixrac rüsumu 4 min 871,5 rubldan 4 min 136,5 rubla endiriləcək.

Arpa üçün rüsum 2 min 229,1 rubla qarşı 2 min 185,3 rubl, qarğıdalı üçün rüsum 4 min 513,2 rubldan 4 min 393,3 rubla qədər azalacaq.

Buğda üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 236,5 dollar, arpada bir ton üçün 197,8 dollar, qarğıdalıda 229 dollar qiymətinə əsasən hesablanır.

Qeyd edək ki, Azərbaycan Rusiya buğdasının əsas alıcılarındandır. Bu ilin 9 ayında Rusiyadan 1 milyon tona yaxın buğda idxal olunub.


Musavat.com

phrase_var_article.chosen
16
musavat.com

1phrase_var_article.sources