Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib.
"Unikal" Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə şahidinin məlumatına görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğub öldürüb.
Hadisənin qəsdən törədilmədiyi bildirilir.
Hələ ki təfərrüat açıqlanmır.