Youssoufa Moukoko barəsində iddia futbol dünyasında gündəm olub.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə ilə "Borussiya Dortmund"a məxsus, hazırda "Nitsa"da icarə əsasında çıxış edən Youssoufa Moukoko haqqında diqqətçəkən iddia ortaya atılıb.Belə ki, Moukokonun atası olduğunu iddia edən Cozef Moukoko oğlunun 20 deyil, 24 yaşında olduğunu açıqlayıb. Almaniyanın "Bild" nəşrinə danışan Moukoko "Youssoufa mənim bioloji oğlum deyil. O, nə mənim, nə də həyat yoldaşım Mariyanın övladıdır" deyib. Həmçinin Moukoko futbolçunun doğum tarixini də açıqlayıb və bildirib ki, "O, 20 noyabr 2004-cü ildə doğulmayıb. Mən ona saxta doğum şəhadətnaməsi almışam. Əslində o, 2000-ci ildə dünyaya gəlib".Qeyd edək ki, cari mövsüm "Nitsa"da 13 matçda meydana çıxan Moukoko 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.