Vətən müharibəsinin bitməsinə baxmayaraq, Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində çıxışı zamanı deyib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələni Ermənistan tərəfi ilə danışıqlar zamanı da diqqətə çatdırıb.
"Qərb və Ermənistan mətbuatı tərəfindən, xüsusilə İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatları, eləcə də COP29-la bağlı yayımlanan saxta xəbərlər ölkəmizə qarşı mütəmadi tətbiq edilən dezinformasiya siyasətinin nümunələridir və bu hal hələ də davam edir", - Prezidentin köməkçisi vurğulayıb.