AZ

Azərbaycan Kredit Bürosu işçilər axtarır - VAKANSİYALAR

Azərbaycan Kredit Bürosu

Data Scientist (Junior/ Middle/ Senior)

Son tarix 13 yan 2025 - [email protected]

Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin IT Departamentinə Data Scientist (Junior/Middle/Senior) axtarılır.

Vakansiya haqqında:

Departament: İnformasiya Texnologiyaları Departamenti

Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:

  • Biznesin tələblərinə cavab verən yeni hesabat formalarının qurulması, cari dashboardların optimizasiyası;
  • Məlumat analitikası və data mining proseslərinin icrası, böyük və kompleks məlumat dəstləri üzərində analizlərin aparılması;
  •  “Advanced analytics” sahəsində qabaqcıl təcrübələrin tətbiqi, biznes və risk departamentləri ilə eksperimentlərin həyata keçirilməsi;
  • Machine Learning (ML) modellərinin hazırlanması və tətbiq edilməsi prosesinə rəhbərlik etmək və ya fəal iştirak etmək;
  • Model performansını izləmək və optimallaşdırmaq üçün statistik və analitik metodların tətbiqi;
  • Datamart dəyişənlərinin inkişafı və test edilməsi;
  • Məlumatların təhlili və avtomatlaşdırılması üçün Python vasitəsilə analitik həllər hazırlamaq;
  • Məlumatların məxfiliyini qorumaq və təhlükəsizlik standartlarına uyğun hərəkət etmək;
  • Müxtəlif maraqlı tərəflərlə işləmək, biznes məqsədlərinə uyğun data həlləri yaratmaq və təqdim etmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil: Kompüter mühəndisliyi, informatika, tətbiqi riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə;
  • Machine Learning, Statistika və Data Visualization ilə bağlı güclü nəzəri və praktiki biliklər;
  • Böyük məlumat dəstlərinin təhlili və avtomatlaşdırılması üçün Python üzrə yüksək səviyyədə təcrübə;
  • SQL üzrə güclü biliklər (kompleks sorğular yazmaq, optimallaşdırma və performans tənzimləmə);
  • Dashboardların yaradılması üçün PowerBI (Qlik Sense və ya oxşar BI alətləri) üzrə geniş təcrübə;
  • Analitik düşüncə və kompleks problemləri həll etmək bacarığı;
  • Machine Learning modellərinin yaradılması və tətbiqi sahəsində təcrübə;
  • Microsoft Office proqramları ilə səlis işləmə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları, nəticə yönümlü yanaşma;
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili bilikləri; Rus dili üstünlükdür;

Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Junior/Middle/Senior” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

 

Middle Backend developer

 Son tarix 30 dek 2024 - [email protected]

Middle Backend developer üçün tələblər:

Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

AKB 250-dən çox təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-ə Middle Backend developer axtarılır.

Vakansiya haqqında:

Vəzifə: Middle Backend developer

İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00

Müraciət üçün son tarix: 29.12.2024

Vəzifə öhdəlikləri və fəaliyyət:

  • Yeni funksiyaların müəyyənləşirilməsində və layihələndirilməsində iştirak edir, komanda üzvləri və digər maraqlı tərəflərlə əməkdaşlıq edir.
  • Effektiv, sınaqdan keçirilə bilən və təkrar istifadə edilə bilən proqram kodları yaradır.
  • Kod təhlillərində iştirak edir və komanda üzvlərinə konstruktiv rəy bildirir.
  • Proqram təminatında yaranmış çatışmazlıqlar və nasazlıqların qısa müddətdə aradan qaldırılmasını təmin edir.

Tələb olunan təhsil və iş təcrübəsi:

Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya digər uyğun sahələrdə müvafiq bakalavr dərəcəsi.

Proqramlaşdırma: OOP  üzrə dərin biliklər; alqoritmlər və data strukturları üzrə dərin biliklər; mikroservis arxitekturası üzrə biliklər; Java SE, Java EE, Spring framework, Spring Cloud, Spring Boot  üzrə iş təcrübəsi; JUnit, TestNG kimi test avtomatlaşdırma alətləri üzrə biliklər.

Verilənlər bazası: (Oracle, Postgresql, MySQL, MariaDB),  SQL və PL/SQL proqramlaşdırma dilləri üzrə iş təcrübəsi.

Alətlər: GIT versiya nəzarəti sistemi ilə iş bacarığı; Docker və Kubernetes üzrə təməl biliklər; Build alətlərindən istifadə bacarığı (Maven, Gradle);

Test Alətləri: JUnit, TestNG kimi test avtomatlaşdırma alətləri üzrə biliklər. 

Layihələrin idarə edilməsi: Agile metodologiyası üzrə biliklər və Jira proqram təminatı ilə iş təcrübəsi.

Analitik Bacarıqlar: Tələbləri analiz etmək və buna uyğun test hallarını hazırlamaq. 

Aşağıda sadalanan iş təcrübəsi əlavə üstünlük sayılacaq:

  •  C# və Python proqramlaşdırma dilləri üzrə təcrübə.
  • JavaScript və TypeScript proqramlaşdırma dilləri üzrə təcrübə.
  •  Front-end testləri üzrə təcrübə (Cypress, Jest, Vue.js və React üçün xüsusi test alətləri Vue Test Utils və React Testing Library və s.). 

Digər bacarıqları:

  • Peşəkarlıq və məsuliyyətlilik;
  • Vaxtın idarəedilməsi;
  • Dinamik komandada işləmə;
  • Təşəbbüskarlıq,  nəticəyə fokuslaşma və problemi həll etmə.

CV-ni “Middle Backend developer” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Seçilən
27
fed.az

1Mənbələr