Şəhərlərarası və şəhərdaxili daşımalarda istifadə edilən avtobuslar yenilənir.
Bu barədə Publika.az-a AYNA-dan məlumat verilib.
Bildirlir ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
"Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.