“Kompleksiz insan yoxdur. Mənim də hamı kimi komplekslərim var. Mənim ən böyük kompleksim kökəlib, arıqlamaqdır”.
Yenisabah.az "Olay"a istinadən xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov qonaq olduğu “YouTube”da yayımlanan “Sözlü adam” layihəsində deyib.
Komplekslərindən söz açan sənətçi bildirib ki, artıq çəkili olanda güzgüyə baxa bilmir:
“Kök olanda özümə güzgüdə baxa bilmirəm. Elə insanlar var ki, kökəlmələrini qəbul edirlər və buna fikir vermirlər. Amma bu mənə təsir edir”.
Bağırov azərbaycan dilini öyrənməməsinin səbəblərindən də danışıb.
Sənətçi vurğulayıb ki, onun üçün əsas dil yox oxuduğu mahnını tamaşaçıya düzgün şəkildə çatdırmasıdır:
“Bilmirəm, Azərbaycan dilini bu günə kimi niyə mükəmməlləşdirməmişəm. Əgər mənim diqqətim danışmağa yönəlirsə, mən Azərbaycan dilində normal danışa bilirəm. Amma hansısa bir mövzu ətrafında danışıramsa, fikrim dağılır və Azərbaycan dilində danışa bilmirəm. Özümü buna görə itirirəm. O anda mən fikrimi çatdırmaq istəyirəm, amma söz tapıb danışa bilmirəm. Neçə dəfə istəmişəm ki, azərbaycan dilini öyrənim və özümə Azərbaycan dili müəllimi tutum, amma alınmadı. Demirəm ki, tənbəl deyiləm. Yəni mənim Azərbaycan dilini öyrənməməyimin tənbəliklə əlaqəsi yoxdur. Düşünürəm ki, dil o qədər də vacib deyil. Musiqinin dili yoxdur. Lap mahnı çin dilində olsun. Əgər musiqidə ruh var və pozitiv vibrasiya alırsansa bu kifayyətdir. Sən artıq o musiqini və ya mahnını dinləyəndə artıq başa düşürsən ki, söhbət nədən gedir”.
Telegram kanalımız