AZ

Almaniya dondurduğu Rusiya aktivlərinin həcmini açıqlayıb

Almaniya hakimiyyəti Avropa İttifaqının sanksiyaları çərçivəsində indiyədək 3,5 milyard avro dəyərində Rusiya aktivlərini dondurub. 

Valyuta.Az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyindən "TASS"a məlumat verilib.  

"Almaniyada təxminən 3,5 milyard avro dəyərində aktivlər dondurulub və ya əlçatan olmayıb", - mənbə bildirib. O, əlavə edib ki, bunlara "siyahıda yer alan şəxslərin və ya qurumların bloklanmış vəsaitləri və iqtisadi resursları, eləcə də Rusiya Mərkəzi Bankının əməliyyatlara qadağa qoyulan dövlətlərdə yerləşən xarici aktivləri" daxildir.  

Almaniya Maliyyə Nazirliyinin sözçüsü 2023-cü ilin dekabr ayının sonunda bildirib ki, Avropa İttifaqının sanksiyaları çərçivəsində ayın əvvəlində ölkə hakimiyyəti ümumilikdə təxminən 4,1 milyard avro dəyərində Rusiya aktivlərini dondurub.  

Rəhim

phrase_var_article.chosen
33
valyuta.az

1phrase_var_article.sources