AZ

Dünya ulduzu 4 yaş böyük çıxdı - FOTO

Dortmund "Borussiya"sının hücumçusu Yusuf Moukokonun atası olduğu iddia edilən Cozef Mukoko futbolçunun yaşının uşaqlıqda saxtalaşdırıldığını, bunun nəticəsində onun hazırda 20 yox, 24 yaşında olduğunu bildirib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, o, and içərək Yusuf Mukokonun onun oğlu olduğunu deyib:

"And içərək yalan şahidlik etməyə görə cəzaları bilə-bilə bildirirəm ki, Cozef Moukoko mənim bioloji oğlum və həyat yoldaşım Mari Mukokonun oğlu deyil. Yaoundedə ona saxta doğum şəhadətnaməsi düzəltdim. Sonra onu ögey anası səfirliyə təqdim etdi və pasport aldı. Onu Almaniyaya oğlu kimi apardı. Əslində o, 2000-ci il iyulun 19-da anadan olub. Onu dörd yaş kiçik etdik. İndi bildirilir ki, o, 20 noyabr 2004-cü ildə anadan olub". /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
milli.az

1Mənbələr