Bakı. Trend:
Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tamorta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbirikeçirilib.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polispolkovniki Səməd Məhərrəmov narkotik vasitələrin insan sağlamlığı,düşüncə qabiliyyəti üçün törətdiyi zərərlərdən söhbət açıb. O,narkomaniya aludəçisi olanların fiziki və mənəvi olaraq uçurumayuvarlanması, doğmaları üçün problemlər yaratmasından danışıb.Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri, mütəmadişəkildə mütaliə ilə məşğul olmaları tövsiyə edilib. Daha sonraçıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğutəhlükələrdən danışıblar. Həmçinin Polis Akademiyasında oxumaqarzusunda olan şagirdlərə burada yaradılan yüksək şəraitdən vətəhsilin keyfiyyətindən ətraflı bəhs olunub.
Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuransuallar cavablandırılıb.