AZ

Rusların irəliləyişi: Donetsk komandanı vəzifədən azad edildi

 

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donetsk Əməliyyat-Taktiki Qrupunun (OTQ) komandanı vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, buna səbəb rus qoşunlarının Pokrovski istiqamətində genişmiqyaslı hücumlarının qarşısının alınmaması olub.

Qeyd edilir ki, onun rəhbərliyi altında USQ rusların keçən ay ərzində "təxminən Londonun yarısı böyüklüyündə" bir ərazini ələ keçirməsinə mane ola bilməyib.

Mənbə təsdiqləyib ki, işdən azad edilən Sergey Lutsenkonun yerinə general Aleksandr Tarnavski təyin olunub.

Seçilən
29
musavat.com

1Mənbələr