AZ

Bu Avropa ölkəsindən G7 liderlərinə Rusiya ilə bağlı ÇAĞIRIŞ

Böyük Britaniyanın baş naziri Kir Starmer G7 ölkələrinin liderlərini Rusiyaya təzyiqləri, o cümlədən sanksiyaları və Ukraynaya yardımı artırmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidmətinin G7 liderlərinin virtual konfransının yekunları üzrə dərc etdiyi bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Starmer G7 liderlərini bütün mümkün yollarla, o cümlədən Kiyevə hərbi dəstəyi artırmaq və Rusiyaya iqtisadi sahədə təzyiqi gücləndirmək, əlavə sanksiyalar tətbiq etməklə Moskvanın çətinliklərini maksimum dərəcədə çoxaltmağa çağırıb.

Qeyd edək ki, dekabrın 11-də Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

phrase_var_article.chosen
23
publika.az

1phrase_var_article.sources