Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzetindən məlumat əldə edib.
Belə ki, "Gilan Tea” MMC "Green Plant” MMC-yə qoşulub və buna görə də "Green Plant” şirkəti yenidən təşkil edildiyini elan edib.
Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon 337 min 928.6 manat olan "Gilan Tea” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb.
Sözügedən ikinci şirkət isə "Astara Çay” MMC adı ilə 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ilin oktyabrında şirkət rebrendiq edərək indiki adını – "Green Plant” MMC alıb. Şirkətin nimzanamə kapitalı 5 milyon 100 min manatdır.
Onu da əlavə edək ki, "Gilan Tea” və "Green Plant” MMC-lərin qanuni təmsilçisi Seyfullayev Kamil Əli oğludur.