"COP29 yüksək səviyyədə keçdi və bunu hamı təsdiq etdi".
Publika.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Sənaye Təhlükəsizliyi Zirvəsindəki çıxışı zamanı deyib.
Arpadarai bildirib ki, qəbul edilən qərarlara görə bu tədbir digərlərindən fərqləndi:
"Biz qlobal proseslərin iştirakçısına çevrilmişik. COP sədri kimi 14 təklif irəli sürmüşük ki, bu da bütün sahələri əhatə edir. Əsas məqsədlərdən biri özəl sektorları bu işlərə cəlb etmək idi. Sevindiricidir ki, mavi zonada özəl sektor üçün form keçirildi. Bundan başqa, Yaşıl iqtisadiyyata keçidlə bağlı özəl sektorlar üçün təlimlər keçdik.