AZ

Cənubi Koreya parlamenti prezidentin impiçmentini dəstəkləyib

Cənubi Koreya parlamenti ölkə Prezidenti Yun Sok Yola impiçment elan edib.Bu barədə "Yonhap” agentliyi xəbər verib.
 
204 deputat qərarın lehinə, 85 nəfər isə əleyhinə səs verib.Dövlət başçısı səlahiyyətlərini müvəqqəti olaraq Baş nazir təyin edilən Han Dak Su icra edəcək.

Bundan sonra, ölkənin Konstitusiya Məhkəməsi məsələyə baxmağa başlayacaq və Yun Sok Yolun ya vəzifəsində qalmasına, ya da impiçmenti təsdiq etməyə dair qərar verəcək. Məsələyə baxılması 6 aya qədər davam edə bilər. 
 
Cənubi Koreyada müxalif partiyalar prezidentə qarşı impiçment prosedurunu başlatmışdı. Yun Sok Yol isə könüllü olaraq istefa vermək niyyətində olmadığını bildirmişdi. 


www.anews.az
phrase_var_article.chosen
20
2
anews.az

5phrase_var_article.sources