Məşq zamanı ölən yeniyetmə ilə bağlı təcili yardımdan açıqlama verilib...
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 13-də saat 18:30 radələrində Xətai rayonu ərazisindən çağırış daxil olub.
Poliqon bildirir ki, mərkəzdən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb. (APA)
***
Bakının Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib.
Poliqon APA-ya istinadla xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən "Hədəf" idman klubunda qeydə alınıb.
Belə ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.
Əraziyə təcili tibbi yardım çağırılsa da, boğulma təhlükəsi ilə üzləşən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.
***
Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib.
Milli.Az xəbər verir ki, hadisə şahidinin globalinfo.az-a dediklərinə görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb.
Hadisənin qəsdən törədilmədiyi bildirilir.
Hələ ki təfərrüat açıqlanmır.
Poliqon.info