AZ

Sabahın hava proqnozu açıqlandı - 15.12.2024

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan ərazisində dekabrın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.
Seçilən
0
39
oxu.az

10Mənbələr