AZ

Erməni əsgərlər komandirlərini “sıraya qoyur”

Ermənistanın ordusunun silahlı bölmələrində “dedovşina” halları olduqca artıb. Köhnə əsgərlərin yeni çağırışçılara zor tətbiq etməsi ilə faktları ilə ötən ilə nisbətən 2 dəfə daha çox hadisə qeydə alınıb.

Yenisabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tərxis və məzuniyyət vaxtlarında gecikmələrin olması, əsgər özbaşınalığı və təminat zəifliyi səbəbindən hərbi qulluqçular arasında kütləvi davalar xeyli çoxalıb. Ermənistanın müxalif mediası sözügedən məsələni qabardaraq, Paşinyan hökumətinin ordunu ikinci plana atmaqda ittiham edir.

Qeyd edək ki, ilin əvvəlində erməni əsgərlərinin zabitləri “sıraya qoyması” ilə bağlı şok iddia yayılmışdı. Ermənistan müdafiə nazirliyi faktı təkzib etsə də, erməni ordusunda “dedovşina” çoxdan var. İkinci Qarabağ müharibəsi öncəsi təmas xəttində xidmət edən Ermənistan qeydiyyatlı əsgərlərlə qondarma rejimin yerli çağırışçıları arasında kütləvi davalar adi hal çevrilmişdi

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr