AZ

Türkiyə "Google"u 75 milyon dollar cərimələyib

Türkiyənin Rəqabət Şurası ölkədə qayda pozuntuları üçün "Google" şirkətini 75 milyon dollar cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə tənzimləyicisi "Google"u ölkənin reklam bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edib. Qurum bildirib ki, "Google" öz xidmətini istifadəçilərə təklif etməklə SSP reklam platformalarının axtarışını təhrif edib. Bu, "Google"un rəqiblərinin işinə mane olurdu.

"Google" altı ay ərzində rəqiblərin əlverişsiz vəziyyətdə olmamasını təmin etməlidir.

Seçilən
18
9
bakivaxti.az

10Mənbələr