Rusiya hökuməti 2030-cu ilə qədər rusların alkoqol istehlakını azaltmaq planını təsdiqləyib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, plana əsasən hökumət alkoqollu məhsullara qiymət endirimlərini qadağan edəcək.
Hüquqi aktlar portalında dərc olunan sənəddə spirtli içkilərdən istifadənin azaldılması üçün aidiyyəti qurumların görməli olduğu tədbirlər təqdim olunub. Tədbirlər əsasən alkoqollu içkilərin zərərləri barədə əhalinin məlumatlandırılması və sağlam həyat tərzinin təbliği istiqamətində tədbirləri əhatə edir.
Alkoqol istehlakının azaldılması üçün əlverişli mühitin yaradılması tədbirləri bölməsində alkoqollu məhsullara endirimlərin qadağan edilməsi variantı da göstərilir.
Müvafiq bənddə deyilir ki, Rosobrnadzor, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi bu cür endirimlərin tətbiqi təcrübəsini öyrənməli və onlara “qadağa qoyulması mümkünlüyü haqqında” hökumətə təkliflər təqdim etməlidir.
Vasif