M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.
Öncəliklə, tədbir işirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti
Samir Cəfərov (tenor) və Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Məmmədov (kamança) dinləyicilər qarşısında çıxış edib.
Proqramda F.Əmirov "Gülüstan Bayatı-Şiraz" simfonik muğamı, T.Quliyev "Sənə də qalmaz", V.Gərayzadə "Fantaziya", Q.Hüseynli "Ay işığında", E.Mansurov "Elegiya-Rekviem", R.Mirişli "Məşəl kimi yanan ürək", A.Əlizadə "Ana torpaq" və Azərbaycan xalq mahnısı "Gözəlim sənsən" səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az