AZ

“Liverpul”un Milad şənliyi niyə yarımçıq qalıb?

“Liverpul” əməkdaşlarının Milad şənliyi yarımçıq kəsilib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin məlumatına görə, tədbirdə 500-ə yaxın klub əməkdaşı iştirak edib. İşçilərdən birinin halı pisləşdiyi üçün tədbir dayandırılıb.

Qeyd olunur ki, ziyafətdə narkotik vasitələrin qəbulu ilə bağlı narahatlıqlar olub. Tualetlərə baxış zamanı qeyri-qanuni maddələrin saxlanması üçün istifadə olunan boş miniatür torbalar aşkar edilib. Tədbirin davam etdirilməməsinə qərar verilib.

Seçilən
25
publika.az

1Mənbələr