"Təəssüf ki, bizdə heyət geniş deyil".
Apasport.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Gəncə"yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Bizim üçün rəqib çox güclü idi. Çox çalışdıq amma heyətdə olan itkilər matç boyu intensiv şəkildə mübarizə aparmağımıza imkan vermədi. Rəqibin heyətində çox oyunçular var. Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil. Bir neçə mövqedə boşluqlarımız mövcuddur".
Qeyd edək ki, "Gəncə" - "Lənkəran" qarşılaşması meydan sahiblərinin 94:66 hesablı qələbəsi ilə yekunlaşıb.
“Abşeron”un baş məşqçisi: “Rahat xallar qazandıq”
ABL: VI turun daha bir oyunu keçirilib
Bakı klubu amerikalı oyunçu ilə gücləndi
“Abşeron”un baş məşqçisi: “Mübarizə dolu oyun olacaq”
"Gəncə"nin üzvləri Türkiyənin baş konsulu ilə görüşüblər