Şimali Osetiyada Yuxarı Lars keçid məntəqəsində 500-ə yaxın erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.
Gundem.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatlarında qeyd olunub.
Hazırda növbədə 481 erməni ağır tonnajlı yük maşını var. Ümumilikdə, son məlumatlara görə, növbədə müxtəlif ölkələrdən 1296 yük avtomobili qeydə alınıb.
Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində Larsdan keçən yol qar yağması səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Xatırladaq ki, sözügedən yol Ermənistanı Rusiya ilə (Gürcüstandan keçməklə) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.