AZ

Beyləqanda maşın işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib.

Şamil Məhəmməd oğlu Nağıyev idarə etdiyi VAZ-21099 markalı avtomobil idarəetməni itirərək yol kənarında işıq dirəyinə dəyib. Sürücü Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim.Media

phrase_var_article.chosen
46
39
bizim.media

10phrase_var_article.sources