Azərbaycanın tanınmış bədii gimnastı Zöhrə Ağamirova karyerasını başa vurub.
Viral.az xəbər verir ki, o, bu gün Bakıda start götürən bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turniri zamanı idmanla vidalaşdığını elan edib.
23 yaşlı idmançı son dəfə xalça üzərinə çıxaraq ayrı-ayrı alətlərdə bacarığını nümayiş etdirib.
Son Yazılar:
- Azərbaycanın tanınmış bədii gimnastı karyerasını başa VURDU
- Minadan zərərçəkənlərlə bağlı tədqiqatın nəticələri açıqlandı – FOTO
- Türkiyə və Britaniyanın müdafiə nazirləri Suriyadakı durumu müzakirə EDİBLƏR
Çıxışdan sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Z.Ağamirovaya göstərdiyi xidmətlərə, mübarizə əzmi və çalışqanlığı ilə hər zaman gənc gimnastlara nümunə və ilham mənbəyi olduğuna görə təşəkkür edib. Sonda gimnasta xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Zöhrə Ağamirova IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX Yay Universiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısıdır.