AZ

Bu şəxslər 4 min manat cərimələnəcək

  Gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimə məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə qeyd olunan cərimə məbləği 30 manatdan 300 manata qədər artırılıb.

Bundan başqa, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

phrase_var_article.chosen
11
23
turanpress.com

10phrase_var_article.sources